Volodimir Zelenski - Ukrayna rus aktivlərindən öz silahını istehsal etmək, eləcə də Avropa və Amerika ailahını almaq üçün istifadə edə bilməlidir
Ukrayna rus aktivlərindən öz silahını istehsal etmək, eləcə də Avropa və Amerika ailahını almaq üçün istifadə edə bilməlidir – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa İttifaqının liderlərinin sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Zelenski bildirir ki, dondurulmuş rus aktivlərindən istifadə Moskvanın qorxduğu Rusiyaya təzyiq etməyin yollarından biridir.
“Mövqeyim belədir – ilk növbədə, biz istənilən növ rus pulunu Ukrayna istehsalı üçün istifadə etməliyik. Bu, daha ucuz və sürətli yoldur. Uzaq mənzilli silahlardan danışıram. Söhbət dronlardan, elektron müharibə sistemlərindən və raketlərdən gedir” – Ukrayna Prezidenti qeyd edib.
O, Ukraynanın gələn ilin əvvəlinə qədər bu vəsaiti almağa ehtiyac duyduğunu bildirib. Həmçinin, Zelenski bu məsələ ilə bağlı bugünkü dialoqun asan olmadığını qeyd edir.
“Dialoq həqiqətən asan olmadı, lakin çox yaxşı idi. Əslində, bu məsələ ilə bağlı qərarlar gözləyirik. Bu, çox faydalı olacaq və təkcə Ukrayna üçün deyil. Əvvəl də dediyim kimi, biz avropalılarla birlikdə maliyyələşdirməyə və ya ondan istifadə etməyə Avropanı gücləndirmək üçün hazırıq” – Volodimir Zelenski bildirir.
Bununla yanaşı, Ukrayna Prezidenti qeyd edib ki, Moskva da buna hazır olduğunu bildirsə, sülh danışıqlarına hazırdır.
“İlk növbədə atəşkəs olmalıdır. Əgər Rusiya danışmağa hazırdırsa, biz də buna hazırıq. Plan, istənilən növ raketləri yalnız mülki şəxslərə qarşı istifadə etməklə, ayaqda durmaq və döyüşmək istəyi ilə deyil, əyləşərək danışmaq istəyi ilə başlayır” – Zelenski bildirir.
Bundan başqa, Ukrayna Prezidenti bir daha qeyd edib ki, ərazi mübadiləsi olmayacaq, çünki bu, onun ölkəsinin suverenliyi məsələsinə aiddir.
“Öz ərazin daxilində ərazini mübadilə etmək mübadilə deyil. Bu, sadəcə olaraq, kiminsə arzusudur. Yəni, bu o deməkdir ki, biz torpağımızdan getsək, ruslar əlavə torpaq almayacaqlar. Bu, mübadilə deyil, bu, nəsə dəlilikdir, bunun nə olduğunu da bilmirəm. İstənilən halda, ərazimizdəki mübadiləni tanımırıq. Bu, bizim suverenliyimizə aiddir. Bu, qəbuledilməzdir” – Volodimir Zelenski mətbuat konfransında bildirib.