Volodimir Zelenski - Ukrayna iki liderin görüşünədək Rusiyaya atəşkəs təklif edir
Volodimir Zelenski - Ukrayna iki liderin görüşünədək Rusiyaya atəşkəs təklif edir

 

Ukrayna iki liderin görüşünədək Rusiyaya atəşkəs təklif edir – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna Prezidenti tərəfdaşların təşəbbüsü dəstəkləyəcəklərina ümid edir.

Zelenskinin bəyanatına əsasən, Ukrayna tərəfi istənilən yerdə: İstanbulda, Vatikanda və ya İsveçrədə dərhal görüşməyə hazırdır.

“Prezident Ərdoğan əminəm bunu dəstəkləyəcək, çünki söhbətimiz zamanı o, mənə dedi ki, dörd nəfərin – prezident Ərdoğan, prezident Tramp, mən və Putinin görüşünü təşkil etmək istəyir. Biz istənilən gün belə bir görüşə hazırıq. Liderlər səviyyəsində görüşün qarşılıqlı anlaşma və gərginliyin azaldılması istəyi fonunda keçirilməsi vacibdir, əks halda Moskva atəşi birtərəfli qaydada dayandıra bilər” – Volodimir Zelenski qeyd edib.

Ukrayna Prezidenti həmçinin Rusiyanın aviabazalarına edilən hücumdan danışıb və deyib ki, əməliyyat zamanı zədələnmiş təyyarələrin yarısını bərpa etmək mümkün deyil. Zelenski, Ukraynanın Rusiyanı dayandırmaq üçün hər şeyi etdiyini bildirib.