Volodimir Zelenski – Ukrayna hər zaman konstitusiyaya uyğun hərəkət edəcək və əminik ki, Amerika Birləşmiş Ştatları öz güclü qərarlarına uyğun hərəkət edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Donald Tramp tərəfindən ona ünvanlanmış tənqidə münasibət bildirib.
Zelenski X sosial şəbəkəsində Ukrayna, Amerika, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrinin Londonda keçirilən görüşünü yada salıb. Zelesniki yazır ki, emosional gün idi.
“Biz tərəfdaşlarımıza minnətdarıq. Ukrayna hər zaman konstitusiyaya uyğun hərəkət edəcək və tamamilə əminik ki, tərəfdaşlarımız, xüsusən də ABŞ öz güclü qərarlarına uyğun hərəkət edəcək” – Zelenski yazır.
Zelenski sosial şəbəkədəki paylaşımına Krım Bəyannaməsindən çıxarış, Trampın birinci administrasiyasının dövlət katibi Mayk Pompeonun Rusiya tərəfindən Krımın ilhaqını tanımadığını təsdiqləyən 2018-ci ildə verdiyi bəyanatını əlavə edib.