Volodimir Zelenski - Ukrayna heç vaxt işğal edilmiş əraziləri Rusiya olaraq tanımayacaq, bu, bizim torpağımızdır
Volodimir Zelenski - Ukrayna heç vaxt işğal edilmiş əraziləri Rusiya olaraq tanımayacaq, bu, bizim torpağımızdır

 

Ukrayna heç vaxt işğal edilmiş əraziləri Rusiya olaraq tanımayacaq, bu, bizim torpağımızdır – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bütün müzakirələrdə biz hüquqi cəhətdən müvəqqəti işğal altındakı ərazilərimizin heç birini rus torpağı kimi tanımırıq. Mən bunu vurğulayıram və bu, mənim dəyişməz mövqeyimdir. Bu, Ukraynanın torpağıdır” – Zelenski bildirib.

Rusiya dəfələrlə tələb edib ki, hal-hazırda onun qismən nəzarətində olan Ukraynanın dörd bölgəsi, eləcə də 2014-cü ildə Moskvanın qeyri-qanuni birləşdirdiyi Krım yarımadası, Rusiyanın bir hissəsi kimi tanınsın. ABŞ Prezidenti Donald Trampın administrasiyası keçmişdə işarə etmişdi ki, Ukrayna ola bilsin müharibədən əvvəlki ərazilərini tam olaraq geri qaytara bilməsin.