Volodimir Zelenski – Ukrayna Azərbaycan qazını nəql etməyə hazırdır
KYIV, UKRAINE - MARCH 11, 2022 - President of Ukraine Volodymyr Zelenskyy is pictured during his regular address to the nation, Kyiv, capital of Ukraine. The head of state said that everyone was gaining glory for Ukraine in his or her place. The custom-size photo is courtesy of the press service of the Office of the President of Ukraine. (Photo credit should read UKRINFORM/ Ukrinform/Future Publishing via Getty Images)
Ukrayna Azərbaycan qazını nəql etməyə hazırdır. – Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə qaz tranziti məsələsini müzakirə etdiyini izah edib. Onun sözlərinə görə, tərəflər Avropaya qaz tədarükünə töhfə verəcək Ukrayna infrastrukturundan istifadə imkanlarını müzakirə ediblər.
“Avropanın qaza ehtiyacı olarsa, biz öz infrastrukturumuzdan başqa birgə addımlar üçün istifadə edə bilərik, nəinki Rusiya qazı”. – Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, Azərbaycan hazırda təqribən 40 milyard kubmetr qaz hasil edir, onun yalnız 14-15 milyard kubmetrindən istifadə edir, ona görə də onun təxminən 25 milyard kubmetr qaz ixrac etmək potensialı var.
Zelenski vurğulayıb ki, Ukrayna Avropadan, xüsusən də Şərqi Avropadan müvafiq siqnal alacağı təqdirdə qaz ixracı üçün bütün zəruri müqavilələri imzalamağa hazırdır.
Qeyd edək ki, Ukrayna yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırıb.