Volodimir Zelenski – Ukrayna artıq, demək olar ki, bir aydır Pit Heqsetin “Patriot” və “NASAMS” raketlərinin Ukraynaya tədarükünə dair sənədi imzalamasını gözləyir
Ukrayna artıq, demək olar ki, bir aydır ABŞ-ın müharibə naziri Pit Heqsetin “Patriot” və “NASAMS” raketlərinin Ukraynaya tədarükünə dair sənədi imzalamasını gözləyir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Artıq müəyyən müddətdir müzakirə masasında olan qərarların icrasını sürətləndirmək vacibdir. Hər bir dəstək paketi insanların həyatını qorumaq üçün bir imkandır”, – deyə Zelenski qeyd edib.
O, Silahlı Qüvvələrin baş komandanına, xarici işlər və müdafiə nazirlərinə sözügedən məsələni Amerika tərəfi ilə yenidən müzakirə etməyi tapşırıb.
Volodimir Zelenski nazirlərlə görüşündə, həmçinin noyabr ayında “Ramştayn” formatında keçirilməsi planlaşdırılan görüşün gündəliyini müzakirə edib.