Volodimir Zelenski – Üçtərəfli format konstruktiv və məzmunlu oldu, tərəflər humanitar addımların zəruriliyini müzakirə etdilər, müharibənin təkrar baş verməsinin qarşısını almaq üçün effektiv mexanizmlər lazımdır
Üçtərəfli format konstruktiv və kifayət qədər məzmunlu oldu, tərəflər humanitar addımların zəruriliyini və onların mümkün parametrlərini müzakirə etdilər – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Ukrayna Prezidentinin sözlərinə əsasən, görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin mahiyyətini və onların uzunmüddətli təsirini təmin edəcək zəmanətlərin əsaslarını ətraflı müzakirə ediblər.
“Müharibənin təkrar baş verməsinin qarşısını almaq üçün effektiv mexanizmlər lazımdır. Həmçinin, deeskalasiyaya yönəlmiş addımlardan da söz açıldı. Komandama istər sabahkı üçtərəfli formatda, istərsə də növbəti günlərdə ABŞ Prezidentinin nümayəndələri və avropalı tərəfdaşlarla aparılacaq növbəti dialoq üçün aydın təlimatlar verdim. Əsas məqsəd sülhə reallıqda yaxınlaşmaqdır. Ukrayna tərəfindən yalnız nəticəyönümlü, yüksək keyfiyyətli və səmimi iş olacaq. Danışıqların təşkilinə görə Amerika tərəfinə, etibarlı platforma təmin etdiyi üçün isə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edirəm“ – Ukrayna Prezidenti bildirib.