Volodimir Zelenski - Tramp, Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi, düşünürəm ki, əvvəlkindən daha yaxşı münasibətimiz var
Volodimir Zelenski - Tramp, Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi, düşünürəm ki, əvvəlkindən daha yaxşı münasibətimiz var

 

Tramp, Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində deyib.

Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərinin xeyli yaxşılaşdığını bildirib.

“Düşünürəm ki, əvvəlkindən daha yaxşı münasibətimiz var. Yaxşı ki, bir-birimizə zəng edirdik və tez-tez görüşürdük və Putinin prezident Trampı bu qədər aldatması faktı da münasibətlərimizə təsir etdi” – Zelenski bildirib.

Zelenski həmçinin qeyd edib ki, Kiyev və Vaşinqton arasında paylaşılan kəşfiyyat məlumatı indi daha ardıcıldır və bu, Ukrayna Prezidentinin sözlərinə əsasən, döyüş meydanında qərarların qəbulu üçün vacibdir.

“Prezident Tramp bu məsələyə daha müsbət yanaşdı və o, Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi. Tramp və Amerikanın müharibənin sonuna qədər bizimlə olacağına dair siqnallara çox müsbət baxıram” – Zelenski qeyd edib.

Bununla yanaşı, Ukrayna Prezidenti Trampın ərazi güzəştləri ilə bağlı mövqeyinin dəyişdiyini bildirib.

“Düşünürəm ki, indi o başa düşür ki, biz sadəcə olaraq əraziləri mübadilə edə bilmərik. Bu ədalətsizlikdir” – Zelenski qeyd edib.