Volodimir Zelenski - Tramp Putinin nəyə hazır olduğunu dedi, Putinin bir şeyi deməsi və başqa şey etməsi ilk dəfə baş vermir, onun sözlərinin əməllərinə uyğun gəlməsi vacibdir
Volodimir Zelenski - Tramp Putinin nəyə hazır olduğunu dedi, Putinin bir şeyi deməsi və başqa şey etməsi ilk dəfə baş vermir, onun sözlərinin əməllərinə uyğun gəlməsi vacibdir

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya prezidentlərinin telefon danışığı haqda Trampın Putinlə uzun söhbət etdiyini və sülh planının 20 bəndinin hamısının, bənd-bənd müzakirə olunduğunu bildirir.

Jurnalist Zelenskidən Trampın Putinlə söhbətinin təfərrüatlarını ona açıqlayıb-açıqlamadığını soruşub, Ukrayna Prezidenti buna müsbət cavab verib.

Bununla yanaşı, Zelenskinin izahatına əsasən, Putin və Tramp başqa heç bir sənədi deyil, qeyd olunan sülh planını müzakirə edirlər.

“O, Putinin nə etməyə hazır olduğunu dedi. İndi bu haqda danışmaq istəmirəm. Prezidentə dedim ki, bu, bizim üçün çox vacibdir. Putinin bir şeyi deməsi və başqa şey etməsi ilk dəfə baş vermir. Bizim üçün onun sözlərinin əməllərinə uyğun gəlməsi vacibdir” – Ukrayna Prezidenti qeyd edib.