Volodimir Zelenski – Tramp Avropanı dinləyəcək, yoxsa Avropasız Rusiya və Çinlə danışmağa başlayacaq? Dünyanın onu görməməzlikdən gələ bilməməsi üçün Avropa müstəqil şəkildə öz qayğısına qalmağı öyrənməlidir

19:59, 21.01.2025

 

Tramp Avropanı dinləyəcək, yoxsa Avropasız Rusiya və Çinlə danışmağa başlayacaq? Dünyanın onu görməməzlikdən gələ bilməməsi üçün Avropa müstəqil şəkildə öz qayğısına qalmağı öyrənməlidir – bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib.

Ukraynanın Prezidenti bu bəyanatı Davos İqtisadi Forumunda çıxışı zamanı verib.

“Ölkəmizə qarşı müharibə bitəndə Avropanın danışıqlar masası arxasında yerinin olub-olmayacağı indi heç bəlli də deyil. Çinin Rusiyaya nə təsirinin olduğunu görürük. Müharibə zamanı Avropanın ölkəmizə göstərdiyi bütün yardımlara görə çox minnətdarıq, lakin prezident Tramp Avropanı dinləyəcək yoxsa yox, Avropasız Rusiya və Çinlə danışmağa başlayacaq yoxsa yox? Dünyanın onu görməməzlikdən gələ bilməməsi üçün Avropa müstəqil şəkildə öz qayğısına qalmağı öyrənməlidir. Avropa güclü geosiyasi, əvəzolunmaz oyunçu kimi özünü təsdiq etməlidir” – Zelenski qeyd edib.

Oxşar