Volodimir Zelenski – Təhlükəsizlik zəmanətlərinin olmaması Rusiyaya Krımın işğalına, Donbassda müharibəyə və daha sonra genişmiqyaslı işğala başlamağa imkan verdi

11:07, 04.03.2025

 
Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətlərinin olmamasının Krımın işğalına və Donbassda müharibəyə səbəb olduğunu bildirir. Bu haqda Volodimir Zelenski gündəlik video müraciətində deyib.

“Bu müharibəni ədalətli sülh yolu ilə mümkün qədər tez bitirmək üçün əsas ssenari mövqeləri qoruyub saxlamaq və müvafiq diplomatiyaya şərait yaratmaqdır. Bizə sonsuz müharibə deyil sülh, həqiqi və ədalətli sülh lazımdır. Təhlükəsizlik zəmanətləri zəruridir. 11 il əvvəl Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin olmaması Rusiyaya Krımın işğalına və Donbassda müharibəyə başlamağa imkan verdi. Daha sonra təhlükəsizlik zəmanətlərinin olmaması Rusiyaya genişmiqyaslı işğala başlamağa imkan verdi və indi, aydın təhlükəsizlik zəmanətləri olmadığı üçün Rusiya bu müharibəni alovlandırmağa davam edir. Dünya bunu görür və etiraf edir” – Zelenski qeyd edib.

Oxşar