Volodimir Zelenski sülh planı üzərində işin son mərhələdə olduğunu və sənədi çox tezliklə Amerika tərəfinə təhvil verəcəklərini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski 20 bənddən ibarət sülh planı üzərində işin son mərhələdə olduğunu və sənədi çox tezliklə Amerika tərəfinə təhvil verəcəklərini bildirir – bu haqda Zelenski sosial şəbəkələrdə yazıb.
“Bu gün gündəlikdə Amerika tərəfi ilə Ukraynanın bərpası və iqtisadi inkişaf prosesinin detalları ilə bağlı olan sənəddən söz gedir. Paralel olaraq, müharibənin başa çatdırılmasının parametrlərini müəyyən edə biləcək fundamental sənədin 20 bəndi üzərində işi tamamlayırıq və prezident Trampın komandası və avropalı tərəfdaşlarla birgə işimizin tamamlanmasından sonra ümid edirik ki, yaxın vaxtlarda sənədi Amerika Birləşmiş Ştatlarına təqdim edəcəyik” – Zelenski yazır.
Ukrayna Prezidentinin sözlərinə əsasən, o tərəfdaşları ilə birlikdə gələcək təhlükəsizliyi təmin etmək və Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün çox məhsuldar şəkildə işləyir.
Zelenski qeyd edib ki, sabah “İstəklilər koalisiyası” ilə görüş planlaşdırıb.
Onun məlumatına əsasən, hazırda əsas məsələlər müzakirə olunur – Rusiyanı qətlləri dayandırmağa necə məcbur etməlidirlər və Rusiyanı üçüncü müdaxilədən konkret olaraq nə çəkindirəcək?
Zelenski qeyd edib ki, cari həftədə qan tökülməsinə son qoyulması ilə bağlı yaxşı xəbərlər ola bilər.
“Müharibəyə son qoyulmasının effektiv və real addımlarını müəyyən etmək üçün bütün tərəfdaşlarımızla gündəlik, praktiki olaraq 24/7 əlaqə saxlamağa davam edirik. Ukrayna üçün hər şey etibarlı və ləyaqətlə edilməlidir” – Zelenski yazır.