Volodimir Zelenski – Səudiyyə Ərəbistanında əldə olunan razılaşmada kimsə onu pozarsa, nələrin baş verəcəyindən bəhs edilmir, kiminsə müqaviləni pozduğunu görsək, Amerika tərəfi ilə əlaqə saxlayacağıq

22:52, 25.03.2025

 
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanında aparılan danışıqların uğurlu olduğunu bildirib.

“Dənizdə atəşkəs və azad naviqasiya haqqında razılığa gəldik” – Ukrayna Prezidenti brifinqdə bildirib və əldə edilən nəticə üçün Amerika tərəfinə təşəkkür edib.

Bununla yanaşı, Volodimir Zelenskinin qeyd etdiyi kimi, razılaşmada hələ də dəqiqləşdirilməli olan bir çox detallar var. O, ərazi məsələlərinin yenə də ən çətin çağırış olaraq qaldığını deyib.

“İşğal olunmuş ərazilərdən bəhs olunmayıb” – Zelenski qeyd edib.

Ukrayna Prezidenti Rusiyanın razılaşmanı pozacağı təqdirdə, Ukraynanın ABŞ-dan sanksiyalar və silah tələb edəcəyini bildirib.

“Bəyanatda kimsə razılaşmanı pozarsa, nələrin baş verəcəyindən bəhs edilmir. Nəyə görə olduğunu başa düşürəm – çünki Amerika tərəfi həqiqətən də bütün bunların məhv olmasını istəmir. Məhz bu səbəbdən təfərrüatlara varmaq istəmirdilər. Hər bir detala onsuz da cavab verməli olacaqsınız. Kiminsə müqaviləni pozduğunu görsək, o zaman biz bütün mümkün kanallarla Rusiya tərəfinin nəyisə pozduğuna dair faktlar və sübutlarla Amerika tərəfi ilə əlaqə saxlayacağıq” – Volodimir Zelenski qeyd edib.

Ər-Riyadda Ukrayna və ABŞ rəsmiləri danışıqların növbəti raundunu keçiriblər. Əldə olunmuş razılaşmalarla bağlı Ağ Evin yaydığı bəyanatda qeyd edildiyi kimi, tərəflər Qara dənizdə atəşkəs və enerji infrastrukturuna hücumların qadağan edilməsi, eləcə də təhlükəsiz naviqasiyanın təmin edilməsi və ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması ilə bağlı razılığa gəliblər.

Oxşar