Volodimir Zelenski Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə məhsuldar danışıqlar gözlədiyini bildirib

15:06, 09.03.2025

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə məhsuldar danışıqlar gözlədiyini bildirib. O, bu barədə gündəlik video müraciətində qeyd edib.

“Amerika komandası ilə daim əlaqə saxlayırıq. Səudiyyə Ərəbistanında keçiriləcək görüşə hazırlaşırıq. Əminəm ki, görüş səmərəli olacaq: biz Ukraynada buna hazırıq. Ukrayna tərəfini diplomatik və hərbi nümayəndələr, administrasiyanın rəhbəri Ermak, xarici işlər naziri Sibiqa, Ukrayna diplomatik korpusunun bir sıra digər nümayəndələri, müdafiə naziri Umerov və cəbhə xəttini və briqadalardakı vəziyyəti yaxşı bilən döyüş komandiri, administrasiya rəhbərinin müavini Pavlo Palissa təmsil edir. Ukraynanın maraqlarının lazımi qaydada nəzərə alınması üçün hər şeyi edəcəyik”. – Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edib.

Müdafiənin səmərəli işləməsini təmin etmək və sülhün yaxınlaşması üçün mümkün olan hər şeyi etmək üçün tərəfdaşlarımızla bütün səylərimizi əlaqələndirməyə davam etmək vacibdir”. – Zelenski bildirib.

Oxşar