Volodimir Zelenski Rustem Umerovu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edib

13:22, 18.07.2025

 

Volodimir Zelenski Ukraynanın sabiq müdafiə naziri Rustem Umerovu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edib. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Ukrayna Prezidentinin fərmanına əsasən, Umerov Aleksandr Litvinenkonu əvəzləyib.

Bununla yanaşı, Denis Şmiqal Ukraynanın yeni müdafiə naziri oldu. Ukraynanın baş naziri vəzifəsinə isə Yuliya Sviridenko təyin edilib.

Oxşar