Volodimir Zelenski - Rusların müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur, ədalətli sülh üçün Rusiyaya təzyiq göstərilməlidir
Volodimir Zelenski - Rusların müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur, ədalətli sülh üçün Rusiyaya təzyiq göstərilməlidir

 

Rusların müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur, ədalətli sülh üçün Rusiyaya təzyiq göstərilməlidir – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır.

Ukrayna Prezidenti qeyd edib ki, son bir neçə gün ərzində tərəfdaşlar ilə uzun-uzadı söhbətləri olub.

O bildirib ki, müxtəlif perspektivli ölkələr var, lakin onların mövqeyi eynidir.

“Müharibə bitməlidir. Rusiyanın bizi aldatmasının qarşısını almaq üçün Ukrayna və tərəfdaşlarımızın təcrübəsindən istifadə etməliyik. Hazırda rusların müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur. Ukrayna, ABŞ, Avropa və sülh axtaran bütün ölkələrin koordinasiyalı səyi və birgə hərəkətləri Rusiyanı sülhü bərqərar etməyə həqiqətən məcbur edə bilər. Bizə kömək edən hər kəsə təşəkkür edirəm” – Volodimir Zelenski yazır.