Volodimir Zelenski Rusiyanın Kiyevə hücumu nəticəsində azyaşlılar da daxil olmaqla 8 nəfərin həyatını itirdiyini bildirir
Volodimir Zelenski Rusiyanın Kiyevə hücumu nəticəsində azyaşlılar da daxil olmaqla 8 nəfərin həyatını itirdiyini bildirir

 
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə hücumu nəticəsində azyaşlılar da daxil olmaqla 8 nəfərin həyatını itirdiyi haqda məlumat verir.

Zelenski Çin və Macarıstanı hücuma reaksiya verməyə çağırıb.

Ukrayna Prezidentinin sözlərinə əsasən, Rusiyanın ötən gecə ərzində Kiyevə genişmiqyaslı zərbə endirməsi diplomatiya və atəşkəs çağırışlarına cavabdır.

“Rusiya danışıqlar masasını deyil, ballistikanı seçir. Müharibəni bitirməyi yox, qətliamları davam etdirməyi seçir. Uşaqların ölümü, istənilən başqa şeydən daha çox mütləq emosiyaya səbəb olmalıdır.
Biz, sülhdən danışan, lakin indi prinsipial mövqe tutmaq əvəzinə daha çox susan hər kəsdən reaksiya gözləyirik” – Zelenski bildirib.

Kiyevin meri Vitali Kliçkonun verdiyi məlumata əsasən, Kiyevdə yaralananların sayı 38-ə çatıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib.