Volodimir Zelenski - Rusiyanı məhdudlaşdıran bütün sanksiyalar sülhün bərqərar olmasına xidmət edir, Ukraynanı gücləndirən bütün silahlar sülhün bərqərar olmasına xidmət edir
Volodimir Zelenski - Rusiyanı məhdudlaşdıran bütün sanksiyalar sülhün bərqərar olmasına xidmət edir, Ukraynanı gücləndirən bütün silahlar sülhün bərqərar olmasına xidmət edir

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya müharibəni yalnız bir səbəbdən davam etdirir – onların döyüşü davam etdirmək üçün pulları var. Məhz buna görə də Zelenskinin fikrincə, Rusiyanı məhdudlaşdıran hər bir sanksiya sülhün bərqərar olmasına töhfə verir.

“Rusiyanı məhdudlaşdıran bütün sanksiyalar sülhün bərqərar olmasına xidmət edir. Ukraynanı gücləndirən bütün silahlar sülhün bərqərar olmasına xidmət edir. Rusiyanı təcrid edən bütün siyasi addımlar sülhün bərqərar olmasına xidmət edir”, – deyə Zelenski sosial şəbəkədə yazıb.

Eyni zamanda, Ukrayna Prezidenti ABŞ Prezidenti Donald Trampın münaqişənin başa çatdırılmasında rolunu vurğulayıb.

“Prezident Trampın müharibəni bitirmək istəyinə və ABŞ-ın göstərdiyi təzyiqlərə görə minnətdaram. Rusiyada artıq əhval-ruhiyyənin dəyişməsi hiss olunur”, – deyə Ukrayna Prezidenti bildirib.

Volodimir Zelenski Avropa və dünya ölkələrinə, eləcə də ABŞ-la birlikdə Ukraynaya dəstək verən hər kəsə təşəkkürünü bildirib.