Volodimir Zelenski – Rusiya üçtərəfli danışıqlara Ukraynanın kritik infrastrukturuna ballistik raketlər atmaqla hazırlaşır

17:26, 07.11.2026

 

Keçən gecə hücum zamanı ruslar hədəfi Kiyev və ətraf regionlar olan 36 ballistik raketdən istifadə ediblər – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Ukrayna Prezidenti qeyd edib ki, Rusiya üçtərəfli danışıqlara Ukraynanın kritik infrastrukturu istiqamətində ballistik raketlər atmaqla hazırlaşır.

“Zərbənin əsas hədəfi yenə də energetika sektorudur. Paytaxtda elektrik enerjisi, su və istilik məsələsində çətin vəziyyət yaranıb. Yaşayış binaları və Şimal körpüsü zədələnib, uşaq bağçası isə qismən dağılıb” – Ukrayna Prezidenti qeyd edib.

Zelenski, Kiyevdən başqa daha on iki regionun zərər gördüyünü bildirib. Tərəfdaşlara, xüsusən də Birləşmiş Ştatlara müraciət edən Ukrayna Prezidenti xüsusilə qeyd edib ki, Rusiya Kiyevdə və bütün ölkədə elektrik enerjisini kəsməyə çalışarkən “Ukrayna tək qala bilməz”.

Oxşar