Volodimir Zelenski – Rusiya ötən beş ayda Kursk bölgəsində təxminən 15 000 əsgər itirib
Rusiya ötən beş ayda Kursk bölgəsində təxminən 15 000 əsgər itirib – bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski bildirib ki, avqustda ukraynalılar tərəfindən kütləvi basqınla başlayan Kursk əməliyyatı rus qüvvələrinin Ukraynanın şərqində əsas cəbhə xəttində yerləşməsinə mane olan bufer zonası yaradıb.
“Ruslar Kursk bölgəsinə güclü bölmələr, o cümlədən şimali koreyalı əsgərləri yerləşdiriblər. İşğalçının indi bütün bu qüvvəni bizim digər ərazilərimizə, yəni Donetsk vilayətinə, Sumi, Xarkov və ya Zaporojieyə yönəldə bilməməsi mühümdür. Müharibəni Rusiyanın evinə qaytaran bütün əsgərlərimizə təşəkkür edirəm” – Zelenski qeyd edib.
Artıq 5 aydır Rusiyada Kursk bölgəsində ukraynalıların hücumu davam edir.