Volodimir Zelenski: Rusiya döyüş meydanında o qədər itki verib ki, daha haradan kömək istəyəcəyini bilmir
Rusiya döyüş meydanında elə itki verib ki, daha haradan kömək istəyəcəyini bilmir”, – dedi Ukrayna prezidenti Volodimir Zelenski.
Onun sözlərinə görə, Ukrayna qalib gəlmək və ölkəyə layiq ədalətli sülhə nail olmaq üçün möhkəm dayanmalıdır.
“Silahlı Qüvvələr cəsarətlə və yaradıcılıqla dayanır. Düşmənə elə zərbələr vururuq ki, o daha bilmir harda ehtiyat, kömək axtarsın, amma bizim rahatlaşmağa haqqımız yoxdur. Rusiya buna onilliklər ərzində hazırlaşır. Onlar pislik, qonşularını fəth etmək və Ukraynanı, Avropanı məhv etmək üçün əhəmiyyətli hərbi resurslar topladılar. Ona görə də biz möhkəm dayanmalıyıq, qalib gəlmək, Ukrayna üçün layiq olduğumuz sülhə, ədalətli sülhə nail olmaq üçün mübarizə aparmalıyıq. Dövlətimizin, xalqımızın təhlükəsizliyinə zəmanət verməklə”, – Zelenski bildirib.