Volodimir Zelenski – Rusiya Donbasda hər kəsin həyatını məhv etməyə çalışır, dünya tərəfindən rusların səbəb olduqları hər bir ölümə görə layiq olduqları kimi reaksiya mütləqdir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən Kramatorsk şəhərinə endirilən zərbə nəticəsində həlak olanların sayının daha da arta biləcəyini açıqlayıb.
O, sərnişin avtobusuna endirilən hava zərbəsi nəticəsində həlak olan 30 nəfərdən bir hissəsinin şəxsiyyətini hələlik müəyyən etməyin mümkün olmadığını bildirib.
“Rus bombası faktiki olaraq iki şəhər mikroavtobusuna dəyib. Həlak olanlardan bəzilərinin kimliyi xəsarətlərinin ağırlığına görə hələ də müəyyən edilməyib. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Zərbə nəticəsində daha 18 nəfər yaralanıb. Həmçinin yaşayış binaları və avtomobillər zərər görüb” – Volodimir Zelenski yazır.
Bəyanatında Ukrayna Prezidenti yazır ki, Rusiyanın zərbələri cavabsız qalmayacaq və cavab tədbirlərini dünya da görməlidir.
“Bu zərbə cavabsız qalmayacaq. Rusiya Donbasda hər kəsin həyatını məhv etməyə çalışır. Dünya tərəfindən reaksiya mütləqdir. Güclü reaksiya – rusların səbəb olduqları hər bir ölümə görə layiq olduqları kimi” – Zelenski qeyd edir.
Məlumat üçün bildirək ki, bu gün ruslar Ukraynanın bir neçə şəhərinə zərbələr endiriblər. Hücumun hədəfi ictimai nəqliyyat olub. Hazırda olan məlumatlara əsasən, Kramatorskda mülki avtobusa endirilən zərbə 30 nəfərin həyatına son qoyub.