Volodimir Zelenski – Rusiya bu il 890 kvadrat kilometr ərazini ələ keçirib və 270 min əsgər itirib; bu, xeyli kiçik bir ərazidir, çünki Rusiya əvvəllər ildə təxminən 3000–4000 kvadrat kilometr ərazini ələ keçirirdi
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukraynaya qarşı davam edən müharibə dövründə Rusiya təxminən 890 kvadratkilometr Ukrayna ərazisini ələ keçirib, Ukrayna isə 800 kvadratkilometr ərazini azad etməyə nail olub.
“Bu o deməkdir ki, Putin müxtəlif istiqamətlərdə bir il ərzində əlavə 90, yaxud da deyək ki, 100 kilometr ərazi əldə edib. Bu, onların ildə təxminən 3000-4000 kilometr ərazini ələ keçirdikləri keçmiş dövrlə müqayisədə çox azdır”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Rusiya bu müddət ərzində 270 min hərbçi itirib.
“Gördüyünüz kimi, bu 100 kilometr üçün ödənilən bədəl o qədər yüksəkdir ki, Putin nə qazanır, nə də uduzur”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenskinin sözlərinə görə, Putinin Rusiya ordusunun uğurlarından danışmasına baxmayaraq, döyüş meydanındakı vəziyyət “demək olar ki, tamamilə durğunluq” halındadır.
“Putin döyüş meydanında Rusiyanın qazandığı uğurlardan çox danışır, lakin biz həm də başa düşürük ki, generalları ona həqiqəti demirlər”, – deyə Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Putin üçün müharibədə insan itkisi “məğlubiyyət demək deyil”; bununla belə, o qeyd edib ki, Rusiya cəmiyyəti Ukrayna ərazisindən əlavə 100 kilometr sahəni ələ keçirmək üçün insan və maliyyə itkisinə məruz qalır və “ağır bədəl ödəyir”.