Volodimir Zelenski Romada ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşüb
Volodimir Zelenski Romada ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşüb

Ukraynanın prezidenti Volodimir Zelenski Romada ABŞ-ın vitse-prezidenti və ABŞ-ın dövlət katibi ilə görüşüb. Bu görüş haqqında Zelenski sosial şəbəkədə yazıb.

“ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ-ın dövlət katibi Marko Rubi ilə Romada yaxşı bir görüş keçirdim. Görüş zamanı İstanbulda keçirilən danışıqları müzakirə etdik – Rusiya aşağı səviyyəli nümayəndə heyəti göndərmişdi, hansı ki, qərar qəbul edən şəxslərdən ibarət deyildi. Bir daha təsdiqlədim ki, Ukrayna real diplomatiyada iştirak etməyə hazırdır və mümkün qədər tez tam və qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğuladım.

Həmçinin, Rusiyaya qarşı sanksiyaların tətbiqinin zəruriliyi, ikitərəfli ticarət, müdafiə sahəsində əməkdaşlıq, döyüş meydanındakı vəziyyət və planlaşdırılan əsir mübadiləsi məsələlərinə toxunduq. Rusiya müharibəni dayandırmaq istədiyini bəyan edənə qədər ona təzyiq göstərilməsi vacibdir.

Və əlbəttə, ədalətli və dayanıqlı sülhə nail olmaq üçün birgə atacağımız addımlar barədə danışdıq. İnsan həyatını xilas etməkdə dəstək və liderliyə görə Amerika xalqına təşəkkür edirəm,” – deyə Volodimir Zelenski sosial şəbəkədə yazır.