Volodimir Zelenski Roma Papası ilə görüş zamanı cari münaqişə, eləcə də ədalətli və uzunmüddətli sülhün vacibliyi haqda danışıb
Volodimir Zelenski Roma Papası ilə görüş zamanı cari münaqişə, eləcə də ədalətli və uzunmüddətli sülhün vacibliyi haqda danışıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Roma Papası XIV Leo ilə görüşü zamanı cari münaqişə, ədalətli və uzunmüddətli sülhün vacibliyi, eləcə də hərbi əsirlərin və Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların geri qaytarılması məsələsini müzakirə edib.

Bu haqda Müqəddəs Taxt-tacın mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Yayılmış məlumata əsasən, söhbət zamanı Papa hərbi əməliyyatların bitməsi ilə bağlı dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və diplomatik təşəbbüslərin tərəfləri dayanıqlı və ədalətli sülhə aparacağına ümid etdiyini bildirib.

XIV Leo müharibədə həlak olanlara görə bir daha məyus olduğunu bildirib və Vatikanda danışıqlar üçün Rusiya və Ukrayna nümayəndələrini qəbul etməyə hazır olduğunu təsdiqləyib.