Volodimir Zelenski: Rejimlər dərhal dayandırılmalıdır, Putinin halında da Gürcüstandakı müharibədən, Suriyadan, 2014-cü ildə Krımın işğalından sonra belə olmalı idi
Volodimir Zelenski: Rejimlər dərhal dayandırılmalıdır, Putinin halında da Gürcüstandakı müharibədən, Suriyadan, 2014-cü ildə Krımın işğalından sonra belə olmalı idi

Rejimlər dərhal dayandırılmalıdır, Putinin halında da Gürcüstandakı müharibədən, Suriyadan və 2014-cü ildə Krımın işğalından sonra belə olmalı idi. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya həm İran, həm də Rusiya rejimlərinə qarşı daha vaxtında və daha sürətli addımlar atmalıdır.

“Bu gün iranlılar dünyadan bizim 24 fevralda – Rusiyanın işğalı başlayanda gözlədiyimizi gözləyirlər: birlik, qətiyyət, operativlik və dəstək. İran kimi rejimlərə vaxt verilməməlidir. Onların vaxtı olduqda, daha çox insan öldürürlər. Onlar dərhal dayandırılmalıdır. Bu, məhz ayətullahın rəhbərlik etdiyi rejimin başlatdığı bütün müharibələrdən sonra baş verməli idi. Putinin halında da Gürcüstandakı müharibədən, Suriyadan, 2014-cü ildə Krımın işğalından sonra belə olmalı idi,” – deyə Zelenski bildirib.