Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gedib
Ukrayna Prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gedib. Bu haqda məlumatı Türkiyənin Prezident Administrasiyası yayır.
Bəyanatda qeyd olunub ki, Zelenski və Ərdoğan fevralın 18-nə planlaşdırılan görüşdə əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli münasibətlərin yaxşılaşdırılması yollarını, Ukraynada inkişaf etmiş ən son hadisələri, eləcə də regional və qlobal məsələləri müzakirə edəcəklər.
Zelenskinin Türkiyəyə səfəri ilə paralel olaraq Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukraynada müharibəni bitirmək və geniş Rusiya-ABŞ münasibətlərini bərpa etmək üçün danışıqlar aparılacaq.