Volodimir Zelenski Qrenlandiya ilə bağlı hadisələr fonunda diqqətin Ukraynadan yayınmasından narahat olduğunu bildirir
Volodimir Zelenski Qrenlandiya ilə bağlı hadisələr fonunda diqqətin Ukraynadan yayınmasından narahat olduğunu bildirir

 

Ukrayna Prezidenti Volodimir Zelenski Qrenlandiya ilə bağlı son vaxtlardakı hadisələr fonunda diqqətin Ukraynadan yayınmasından narahat olduğunu bildirir. Zelenski bu haqda jurnalistlərlə onlayn görüş zamanı deyib.

“Tammiqyaslı müharibə zamanı diqqətin dəyişməsindən narahatam. Tammiqyaslı müharibəmiz var. Bizim konkret təcavüzkarımız və konkret qurbanımız var. Burada isə yeganə variant Rusiyaya təzyiq göstərmək və Ukraynanı gücləndirməkdir. Müharibəni bitirmək üçün başqa vasitələr yoxdur” – Ukrayna Prezidenti bildirib.

Bununla yanaşı, Qrenlandiya məsələsi ilə bağlı Volodimir Zelenski ABŞ-nin Avropanı “diplomatik formatda” dinləyəcəyinə ümid etdiyini bildirib.

“Biz hörmət edirik, şəxsən mən Danimarkaya, onun suverenliyinə və ərazi bütövlüyünə böyük hörmət bəsləyirəm. Mən çox istəyirəm ki, Amerika Avropaya, xüsusən də diplomatik formatda qulaq assın. Mən düşünürəm ki, hadisələr məhz belə inkişaf edəcək və inanıram ki, ciddi təhlükə olmayacaq” – Zelenski qeyd edib.