Volodimir Zelenski - Putinlə görüşsəm, biz siyasi qələbə, atəşkəs, bütün əsirlərin dəyişdirilməsi və ya buna bənzər nəyisə əldə etməliyik
Volodimir Zelenski - Putinlə görüşsəm, biz siyasi qələbə, atəşkəs, bütün əsirlərin dəyişdirilməsi və ya buna bənzər nəyisə əldə etməliyik

 

Volodimir Zelenski Vladimer Putinlə görüşəcəyi təqdirdə atəşkəs və əsirlərin dəyişdirilməsi barədə danışmağı planlaşdırır – bu barədə Ukrayna Prezidenti “Liberation”ə müsahibəsində danışıb.

O, görüşün simvolik xarakter daşımamalı olduğunu deyib.

“Onunla görüşsəm, biz siyasi qələbə, atəşkəs, bütün əsirlərin dəyişdirilməsi və ya buna bənzər nəyisə əldə etməliyik” – Zelenski bildirib.

Zelenski bildirib ki, “ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etmirlər”. Ukrayna Prezidenti hesab edir ki, istənilən razılaşmaya əməl olunmasına yalnız kənar vasitəçilər təminat verə bilərlər.

Volodimir Zelenskinin bəyanatına əsasən, Donald Trampın İstanbula səfəri ola bilsin, Rusiya Prezidentini ora səfər etməyə sövq etsin.

“Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət təəssüratı yaradacaq” – Ukrayna Prezidenti əlavə edib.

Zelenski ABŞ və Avropa İttifaqını Rusiyaya qarşı yeni, sərt sanksiyalar tətbiq etməyə çağırır. Münaqişənin mümkün uzanması ilə bağlı Zelenski deyib: “Heç kim nə qədər davam edəcəyini bilmir, lakin on il yox. Ukrayna dözə bilməyəcək. Bu, hamıya baha başa gəlir, təkcə dostlara deyil, düşmənlərə də”.

Bununla yanaşı, Zelenski bazar günü Roma Papası ilə görüşə biləcəyini deyib, lakin hər şey Rusiya ilə danışıqlardan asılıdır.

“Ola bilsin, bazar günü, hər şey yaxşı olsa, lakin bu həftənin necə bitəcəyini hələ bilmirik” – Zelenski bildirib.