Volodimir Zelenski – Prezident Trampla yaxşı görüşüm oldu, diplomatiyadan danışdıq, diplomatik prosesin aktivləşdirilməsi vacibdir
Prezident Trampla Oval Kabinetdə yaxşı görüşüm oldu. Diplomatiyadan danışdıq, diplomatik prosesin aktivləşdirilməsi vacibdir – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.
O, ABŞ Prezidenti ilə həmçinin “Patriot” sistemlərinin istehsalı üzrə lisenziya haqda da danışdıqlarını bildirib.
“Prezident Trampla Oval Kabinetdə yaxşı görüşüm oldu. Ukraynalıların həyatını qorumaq və sülhə can atmaq üçün birgə etdiyimiz hər şeyə görə təşəkkür edirəm. İlk növbədə, Ukraynanın həqiqi dostu olan Lindsi Qremin vəfatı ilə bağlı Prezident Trampa başsağlığı verdim. Prezidentlə birlikdə “Patriot” sistemlərinin istehsalı lisenziyalarını və bizə kömək edə biləcək bir neçə başqa ideyanı müzakirə etdim. Həmçinin diplomatiyadan danışdıq. Diplomatik prosesin aktivləşdirilməsi vacibdir. Komandalarımız növbəti ünsiyyətin təfərrüatlarını razılaşdıracaqlar. Amerika Birləşmiş Ştatlarına belə möhkəm dəstəyə görə minnətdaram” – Volodimir Zelenski yazıb.
Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin görüşü mətbuat üçün bağlı qapılar arxasında keçirilib, bundan sonra Volodimir Zelenski ABŞ prezidentinin iqamətgahını tərk edib. Tərəflər şərh verməyiblər.