Volodimir Zelenski – Prezident Trampı və Amerika xalqını 47-ci prezidentin andiçmə mərasimi münasibətilə təbrik edirəm, bu gün dəyişikliklər və çox sayda problemlərin həlli üçün ümid günüdür

22:59, 20.01.2025

 
Prezident Trampı və Amerika xalqını Amerika Birləşmiş Ştatlarının 47-ci prezidentinin andiçmə mərasimi münasibətilə təbrik edirəm, bu gün dəyişikliklər, eləcə də çox sayda problemlərin, o cümlədən qlobal çağırışların həlli üçün ümid günüdür – bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır.

Zelenskinin qeyd etdiyi kimi, prezident Tramp hər zaman qətiyyətlə hərəkət edir.

“Onun tərəfindən elan edilmiş siyasət – güc yolu ilə sülh – Amerikanın liderliyini möhkəmləndirmək və əsas prioritet olan uzunmüddətli və ədalətli sülhə nail olmaq imkanı verir. Bu əsr məhz indi formalaşır və biz hamımız birlikdə çalışmalıyıq ki, bu əsr bizim məğlubiyyətimizi istəyənlər üçün deyil, demokratiyalar üçün böyük və uğurlu əsr olsun. Prezident Tramp, sizə uğurlar aruzlayıram. Biz fəal və qarşılıqlı faydalı əməkdaşlıq gözləyirik. Biz birlikdə daha güclüyük və dünya və ölkələrimiz üçün daha çox təhlükəsizlik, sabitlik və iqtisadi artım təmin edə bilərik” – Volodimir Zelenski yazır.

Oxşar