Volodimir Zelenski Polşaya səfər edib və Donald Tusk ilə görüşüb

21:45, 29.07.2026

 

Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya gedib və Polşanın Baş naziri Donald Tusk ilə görüşüb. Lyublin şəhərində keçirilən görüş bir neçə dəqiqə əvvəl başa çatıb.

Danışıqlardan sonra Polşanın Baş naziri sosial şəbəkədə bəyanat yayıb.

“Prezident Volodimir Zelenski ilə görüşdə onun Birləşmiş Ştatlara səfərinin nəticələri, həmçinin Polşanın, Ukraynanın və bütövlükdə Avropanın təhlükəsizliyi məsələlərinə toxunuldu. Prezident Volodimir Zelenski Vaşinqtonda aparılan danışıqların gedişatı barədə mənə məlumat verdi. Biz həmçinin Polşanın Ukraynadakı investisiyaları məsələlərini, müdafiə sahəsində əməkdaşlığı və təcavüzkara, Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyi müzakirə etdik” – Tusk yazır.

Oxşar