Volodimir Zelenski Pavel Roqoveyi Ukraynanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri təyin edib
Ukrayna prezidenti Volodimir Zelenski Pavel Roqoveyi Ukraynanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri təyin edib. Zelenskinin müvafiq fərmanı Ukrayna prezidentinin saytında dərc edilib.
Pavel Roqovey bundan əvvəl Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışıb. Xüsusilə, o, Kişinyovla razılaşdırılaraq, tanınmamış Dnestryanı ilə əlaqələrə cavabdeh idi.
Məlumat üçün bildirək ki, ötən il martın sonunda Ukrayna prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilovu Moldovaya səfir təyin edəcəyini bəyan etmişdi.