Volodimir Zelenski Papa XIV Leo və baş nazir Corcia Meloni ilə görüşəcəyi Romaya gedib
Volodimir Zelenski Papa XIV Leo və baş nazir Corcia Meloni ilə görüşəcəyi Romaya gedib

 

Ukrayna Prezidenti Volodimir Zelenski Papa XIV Leo və baş nazir Corcia Meloni ilə görüşəcəyi İtaliyanın paytaxtı Romaya gedib.

Prezidentin mətbuat katibi Serqei Nikiforov, Roma Papası ilə görüşün günün birinci yarısına, Meloni ilə görüşün isə günün ikinci yarısına planlaşdırıldığını bildirib.

Ukrayna mediasının yazdığı kimi, Papa XIV Leo hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi mümkün qədər tez başa çatmalıdır.

Onun sözlərinə əsasən, Avropa tammiqyaslı müharibənin həlli üçün “sülh planı”nın işlənilib hazırlanmasında fəal iştirak etməlidir.

İtaliyaya səfərindən əvvəl Volodimir Zelenski Brüsseldə olub və orada NATO-nun baş katibi Mark Rute, Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien ilə görüş keçirib.