Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə gedəcək
Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə gedəcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə gedəcək.

Zelenski sosial şəbəkədə ölkənin hakimiyyətinin danışıqları aktivləşdirməyə hazırlaşdığını və tərəfdaşlara təklif edəcəyi qərarlar işləyib hazırladığını yazır.

“Müharibənin sonuna yaxınlaşmaq bütün gücümüzlə Ukraynanın birinci prioritetidir. Həmçinin, mübadilə və məhbusların qaytarılmasının bərpası üzərində işləyirik” – Zelenski bildirir.

Bu gün isə Ukrayna Prezidenti İspaniyadadır və ölkənin baş naziri Pedro Sançeslə görüş keçirəcək. Zelenski, daha bir ölkənin Ukraynaya müharibənin sonuna yaxınlaşmaqda kömək edəcəyini gözlədiyini bildirib.