Volodimir Zelenski noyabrın 19-da Türkiyədə Stiv Uitkofla görüşəcək
Volodimir Zelenski noyabrın 19-da Türkiyədə Stiv Uitkofla görüşəcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla görüşəcək.

“Reuters” agentliyi bu haqda mənbələrə istinadən məlumat yayır.

Bundan əvvəl Volodimir Zelenski Ukraynada müharibənin sona çatması ilə bağlı danışıqları bərpa etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırdığını qeyd etmişdi.

Zelenski tərəfdaşları ilə bölüşəcəyi qərarları işləyib hazırladığını bildirib.

“Prioritetimiz müharibənin sona çatmasına yaxınlaşmaq üçün mümkün olan hər şeyi etməkdir” – Zelenski qeyd edir.

Məlumat üçün bildirək ki, Kiyev və Moskva arasında üzbəüz danışıqlar iyulda İstanbulda görüşdən sonra keçirilməyib.