Volodimir Zelenski münaqişənin cəbhə xəttində dondurulması imkanını nəzərdən keçirir – “Məsələ kilometrlərdə deyil, bu torpaq uğrunda çoxlu insan həlak olub, müvəqqəti işğal olunmuş əraziləri heç kim Rusiyanın mülkiyyəti kimi tanımayacaq”
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin cəbhə xəttində dondurulması imkanını nəzərdən keçirdiyini bəyan edir. Zelenski, onun üçün prioritetin insanların həyatını xilas etmək olduğunu bildirir.
“Torpağımız çox vacibdir, çünki məsələ orada yaşayan insanlara aiddir. Məsələ kilometrlərdə deyil. Bu torpağın, müstəqilliyimizin, ölkəmizin müdafiəsi uğrunda çoxlu insan həlak olub. Müvəqqəti işğal olunmuş əraziləri heç kim Rusiyanın əraziləri kimi tanımayacaq və düşünürəm ki, Rusiya bunu başa düşür. Əgər kimsə bunu başa düşmürsə təəssüf olsun, lakin bu onların qərarıdır” – Ukrayna Prezidenti açıqlayıb.
Bununla yanaşı, Zelenski qeyd edib ki, Donald Tramp rus yanacağının satın alınması ilə bağlı Moskva ilə razılaşmanı qəbul etdikdən sonra “tarixin yanlış tərəfindədir” və bununla da Rusiyanın təcrid olunması istiqamətində beynəlxalq səyə maneə olub.
“Putinə qarşı mövqeyim çox aydındır. Düşünürəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Bu, mənimlə prezident Tramp arasında şəxsi məsələ deyil və əlbəttə ki, mən sanksiyaların istənilən formada ləğv olunmasının əleyhinəyəm” – Zelenski açıqlayıb.
Ukrayna Prezidenti müsahibəsində həmçinin qeyd edib ki, Vladimer Putin insanların həyatı ilə “oynayır”.
“Putin oynayır, bilirsiniz, o oyunçudur. Təəssüf ki, o, başqa insanların həyatı ilə oynayır və müharibəni dayandırmaq istəmir. Tərəfdaşlarımızdan istəyirik ki, ona daha güclü olmaq və bizi məhv etmək imkanı verməsinlər” – Zelenski bildirib.