Volodimir Zelenski: Müharibəni Rusiyaya qaytarırıq və bu, tamamilə ədalətlidir
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Yaroslavlda yerləşən neft emalı zavoduna hücum edib. Bu obyekt Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqlıqda yerləşir.
Zelenskinin sözlərinə görə, zərbələr həmçinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində də konkret hərbi obyektlərə qarşı həyata keçirilib.
“Biz müəyyən istiqamətlərdə müdafiə əməliyyatlarını davam etdiririk. Gecə Ukrayna müdafiə qüvvələri Yaroslavl neft emalı zavodu istiqamətində fəaliyyət göstərib, bu obyekt bizim ərazimizdən təxminən 700 kilometr uzaqdadır. Biz müharibəni Rusiyaya qaytarırıq və bu, tamamilə ədalətlidir”, – deyə Zelenski sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Rusiya tərəfindən Ukrayna şəhərlərinin və yaşayış məntəqələrinin bombalanmasına cavab olaraq digər uzaq və orta mənzilli zərbələr də hazırlanır.