Volodimir Zelenski – Müharibəni dayandırmalıyıq, Rusiyanı dayandırmalıyıq, bizə amerikalı və avropalı tərəfdaşların dəstəyi lazımdır, üçtərəfli görüşə hazırıq
Volodimir Zelenski – Müharibəni dayandırmalıyıq, Rusiyanı dayandırmalıyıq, bizə amerikalı və avropalı tərəfdaşların dəstəyi lazımdır, üçtərəfli görüşə hazırıq

“Müharibəni dayandırmalıyıq, Rusiyanı dayandırmalıyıq və bizə amerikalı və avropalı tərəfdaşların dəstəyi lazımdır”, – bunu Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə, Oval kabinetdə ABŞ prezidenti Donald Tramp ilə görüşün əvvəlində bəyan etdi.

Zelenskinin sözlərinə görə, Ukrayna hər gün hücum altındadır.

“Bu gün də çoxlu hücumlar oldu. Çox adam yaralandı, uşaqlar həlak oldular. Biz bu müharibəni dayandırmalıyıq, Rusiyanı dayandırmalıyıq və bizə amerikalı və avropalı tərəfdaşların dəstəyi lazımdır, bunun üçün hər şeyi edəcəyik. Biz göstərdik ki, möhkəm xalqıq və prezident Trampın bu müharibənin diplomatik yolla bitməsi ideyasını dəstəkləyirik. Üçtərəfli görüşə hazırıq”, – dedi Zelenski.