Volodimir Zelenski müharibəni bitirməyə dair danışıqlar üçün Vladimer Putinə G7 sammitində görüş təklif etdiyini bəyan edir – “Rusiya danışmağa hazır olmadığını bir daha göstərdi”
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni bitirmək mövzusunda danışıqlar üçün Rusiya Prezidenti Vladimer Putinə Fransada keçirilməsi planlaşdırılan G7 sammitində görüş təklif etdiyini, lakin Rusiyanın “danışmağa hazır olmadığını” bəyan edib.
Zelenski bu haqda jurnalistlərlə Kiyev-Peçori Lavrada keçirilən görüş zamanı danışıb.
Ukrayna Prezidenti Amerika Birləşmiş Ştatlarının Putini G7 sammitinə dəvət etməyə razı olduğunu bildirib.
“Biz Putinlə G7 sammitində görüşməyə hazır olduğumuza dair mesaj göndərdik, çünki orada Tramp və Makron da olacaq, yəni Avropa və Amerika birlikdə. Düşünürəm ki, bu, hamımızın bir arada görüşməsi üçün çox yaxşı imkandır” – Zelenski bildirib.
Lakin Zelenski Moskvanın bu təklifə cavab vermədiyini deyib.
“Avropa və Amerika Birləşmiş Ştatları razılığa gəldilər, Rusiya isə danışmağa hazır olmadığını bir daha göstərdi” – Zelenski bildirib.