Volodimir Zelenski müharibə bitəndə Trampın Ukraynaya təyyarə ilə uçacaq ilk dünya lideri ola biləcəyini bildirir

12:15, 06.01.2025
KYIV, UKRAINE - MARCH 11, 2022 - President of Ukraine Volodymyr Zelenskyy is pictured during his regular address to the nation, Kyiv, capital of Ukraine. The head of state said that everyone was gaining glory for Ukraine in his or her place. The custom-size photo is courtesy of the press service of the Office of the President of Ukraine. (Photo credit should read UKRINFORM/ Ukrinform/Future Publishing via Getty Images)

Ukraynanın Prezidenti Volodimir Zelenski bildirir ki, Rusiya-Ukrayna müharibəsi bitəndə Amerikanın Prezidenti Tramp “Ukraynaya təyyarə ilə uçacaq ilk dünya lideri ola bilər”. Zelenski bu haqda Leks Fridmana müsahibəsində deyib.

Həmçinin, Zelenski bildirib ki, “Ukrayna güc yolu ilə sülhə nail olmaq haqda Trampla eyni mövqeni paylaşır”.

“Güclüsənsə, danışa bilərsən. Hər zaman səni dinləyən biri ilə danışmalısan. Bunun sənə fayda verəcəyini, sülh gətirəcəyini, dünyanı sakitləşdirəcəyini bildiyin zaman danışmalısan, əksinə yox. Prezident Trampın mesajını çox bəyəndim. Fikrimcə, biz güc yolu ilə sülhə dair mövqeyi paylaşırıq. Bu çox vacibdir. Bu o deməkdir ki, sən güclüsənsə, danışa bilərsən və biz güclü olmağa ehtiyac duyuruq. Ukrayna güclü, kifayət qədər güclü olmalıdır. Başqa halda, nə üçün?” – Zelenski bildirib.

Eyni müsahibəsində Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı ilk danışıqların andiçmə mərasimindən sonra Trampla, ondan sonra isə Vladimer Putinlə aparılacağını bildirib.

Oxşar