Volodimir Zelenski müharibə bitdikdən sonra ölkəni idarə etməyi planlaşdırmadığını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski müharibə bitdikdən sonra ölkəni idarə etməyi planlaşdırmadığını bildirib. O, bu bəyanatı “Axios Show”da verib.
Bundan başqa, Ukrayna Prezidenti atəşkəs olacağı təqdirdə, seçkilərin təşkil edilməsi xahişi ilə Ukrayna Parlamentinə müraciət edəcəyinə söz verib.
Müharibə başa çatdıqdan sonra fəaliyyətini başa çatmış hesab edib-etməyəcəyi ilə bağlı ondan soruşanda, Zelenski istefaya “hazır” olacağını bildirib.
Ukrayna Prezidentinin sözlərinə əsasən, o, başa düşür ki, xalq dayanıqlı sülhə nail olmaq üçün vacib olan mühüm qərarlar qəbul edəcək “yeni mandatlı lider” istəyə bilər. Eyni zamanda, Zelenski xüsusilə vurğulayıb ki, təhlükəsizlik məsələləri seçkilərin təşkilini çətinləşdirəcək, lakin bunun edilə biləcəyini hesab edir.