Volodimir Zelenski – Müdafiə Qüvvələri Moskva vilayətinə gecə edilən hücum zamanı Ukrayna istehsalı olan uzaqmənzilli raketlərdən, o cümlədən “Flamingo”, “Palianytsia” və “Pelican”dan istifadə edib
Screenshot
Ukrayna Prezidenti Volodimir Zelenski, Müdafiə Qüvvələrinin Moskva vilayətinə gecə edilən hücum zamanı Ukrayna istehsalı olan uzaqmənzilli raketlərdən, o cümlədən “Flamingo”, “Palianytsia” və “Pelican”dan istifadə etdiyini bildirib.
Zelenskinin sözlərinə əsasən, Moskva vilayətində Rusiyanın neft sənayesinin əsas müəssisələrindən biri və logistika obyekti zərər görüb.
Ukrayna Prezidentinin bəyanatına əsasən, əməliyyatda Təhlükəsizlik Xidməti, Pilotsuz Sistemlər Qüvvələri, Xüsusi Əməliyyat Qüvvələri, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidməti iştirak edib.
Bundan əvvəl Ukraynanın Moskvaya və Moskva vilayətinə hücum həyata keçirdiyi məlum olmuşdu. Ən azı iki nəfər həlak olub.
Hücum nəticəsində Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavodunda yanğın baş verib.