Volodimir Zelenski – Mövqeyimiz dəyişməzdir, Ukrayna deeskalasiyaya yönəlmiş cavab addımlarına hazırdır, lakin deeskalasiyaya nail olmaq üçün Rusiyaya effektiv təzyiq lazımdır
Dünən axşamdan bu vaxta qədər ruslar Ukraynaya yüzdən çox müxtəlif silahla hücum ediblər – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yazır.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücumlar zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının böyük hissəsini vurub, lakin hamısını yox.
Ukrayna Prezidenti həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın energetika sektorunda atəşkəs haqqında verdiyi bəyanatdan sonra onlar Rusiyanın energetika sektoruna zərbə endirməyiblər, lakin Rusiya tərəfi bunu nəzərə almır.
“Təkcə bu iki gün ərzində ölkəmizin on doqquz regionu hücuma məruz qalıb. Mövqeyimiz dəyişməzdir: Ukrayna deeskalasiyaya yönəlmiş cavab addımlarına hazırdır, lakin deeskalasiyaya nail olmaq üçün Rusiyaya effektiv təzyiq lazımdır” – Volodimir Zelenski yazır.
Ukrayna Prezidenti həmçinin bəyan edib ki, sülhə nail olmaq üçün məhz Rusiyaya qlobal təzyiq göstərilməsi zəruridir. Volodimir Zelenski bəyanatında ötən gecə Rusiyanın hücumlarının hədəfləri arasında mülki infrastrukturun da olduğunu qeyd edib.