Volodimir Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin mitropoliti Onufrini Ukrayna vətəndaşlığından məhrum edib
Volodimir Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin mitropoliti Onufrini Ukrayna vətəndaşlığından məhrum edib

 

Volodimir Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin mitropoliti Onufrini (Orest Berezovskini) Ukrayna vətəndaşlığından məhrum edib. Bu barədə məlumatı Ukraynanın Təhlükəsizlik Xidməti yayır. Xidmətin məlumatına əsasən, Zelenski müvafiq fərmanı imzalayıb.

Ukraynanın Təhlükəsizlik Xidməti müəyyən edib ki, Berezovski 2002-ci ildə könüllü olaraq Rusiya vətəndaşlığını alıb, bu barədə isə Ukraynanın müvafiq orqanlarına məlumat verməyib.

Ukraynanın Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Berezovskinin Moskva Patriarxlığı ilə əlaqəsi var və Ukrayna kilsəsinin avtokefaliyasının alınmasına bilərəkdən qarşı çıxıb.

Ukraynanın Təhlükəsizlik Xidmətində qeyd edirlər ki, genişmiqyaslı müdaxiləyə baxmayaraq, Berezovski faktiki olaraq Rusiya kilsəsinin və onun rəhbərliyinin siyasətini dəstəkləməyə davam edir. Qurumda qeyd edirlər ki, Rusiya patriarxı “Rusiya ordusunun silahlı təcavüzünə xeyir-dua verib və Ukrayna xalqının soyqırımına təhrik və haqq qazandıran təbliğat siyasəti aparır”.