Volodimir Zelenski Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğuna müstəqilliyini qaytaran qanun imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğuna müstəqilliyini qaytaran qanun imzalayıb.
Ali Rada qanunu bir neçə gün bundan əvvəl 331 səslə təsdiqləyib.
“Qanun layihəmin, indi artıq qanunun qəbuluna görə bütün deputatlara təşəkkürümü bildirmək istəyirəm. Bu, antikorrupsiya orqanlarının, ölkəmizin bütün hüquq-mühafizə orqanlarının normal və müstəqil fəaliyyəti üçün zəmanətdir” – Volodimir Zelenski bildirib.
Ukrayna lideri, dövlətin ictimai rəyi dinləməsinin çox vacib olduğunu deyib.
“Ukrayna demokratiyadır, bu, şübhəsizdir. Yüksək vəzifəli məmurlar bu qanunla bağlı Ukraynanın tərəfdaşlarını dərhal məlumatlandıracaqlar” – Volodimir Zelenski bildirib.
Belə ki, iyulun 22-də qəbul edilən və qeyd olunan iki qurumu müstəqillikdən məhrum edən və onları Baş Prokurorluğun tabeliyinə vermək məqsədi daşıyan qalmaqallı qanun layihəsi ləğv edilib.