Volodimir Zelenski – Mən sülhə nail olmaq üçün birgə səylərinə görə Makrona minnətdaram, sülh sadəcə söz deyil, real olmalıdır, bu, Ukraynanın kapitulyasiyası mənasına gəlməməlidir
Mən aydın baxışına və sülhə nail olmaq üçün birgə səylərimizə görə Fransa Prezidenti Emmanuel Makrona minnətdaram – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır.
Zelenskinin yazdığı kimi, “sülh sadəcə söz deyil, real olmalıdır, bu, Ukraynanın kapitulyasiyası və ya parçalanması mənasına gəlməməlidir”.
“Bu, ədalətli, etibarlı, uzunmüddətli olmalıdır və buna ancaq Ukrayna, Avropa və bütün dünya üçün güclü və uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə nail olmaq olar. Biz Ukraynanı dəstəkləyən və Avropanın müdafiə imkanlarını gücləndirən hər kəsin rəhbərliyini və səylərini çox təqdir edirik. Biz qarşıdakı günlərdə sülhə doğru addımlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik” – Volodimir Zelenski qeyd edir.