Volodimir Zelenski: Mən hesab edirəm ki, Rusiya müəyyən müəssisələr üçün sanksiyaların götürülməsi müqabilində atəşkəs məsələsini qaldıra bilər
Volodimir Zelenski: Mən hesab edirəm ki, Rusiya müəyyən müəssisələr üçün sanksiyaların götürülməsi müqabilində atəşkəs məsələsini qaldıra bilər

Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə verdiyi müsahibədə bildirib ki, Rusiya sanksiyaların yüngülləşdirilməsi və ya aradan qaldırılması müqabilində uzunmüddətli atəşkəsə razı ola bilər.

Zelenski ABŞ və Avropaya çağırış edərək, Rusiyaya qarşı sanksiyaların qorunub saxlanmasını və Moskvanın onları yumşaltmaq cəhdlərinə müqavimət göstərmələrini xahiş edib.

“Düşünürəm ki, Rusiya müəyyən müəssisələr üçün sanksiyaların aradan qaldırılması müqabilində atəşkəs məsələsini qaldıra bilər,” – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın SWIFT sisteminə çıxışın bərpasını tələb etdiyi məlumdur ki, bankları normal fəaliyyət göstərə bilsin.

“Bütün bunlar Ukrayna üçün böyük risk yaradır,” – deyə Zelenski əlavə edib.aa