Volodimir Zelenski - Maliyyə çətinliklərimiz var, Rusiyanın dondurulmuş aktivləri müəyyən dərəcədə bəzi ölkələrin dəstəyinin azalmasını tarazlaşdıra bilər
Volodimir Zelenski - Maliyyə çətinliklərimiz var, Rusiyanın dondurulmuş aktivləri müəyyən dərəcədə bəzi ölkələrin dəstəyinin azalmasını tarazlaşdıra bilər

 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın maliyyə çətinlikləri ilə üzləşdiyini və Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən istifadə haqda qərarının çox vacib olduğunu bildirib.

Zelenski bu barədə Haaqada Niderlandən Baş naziri Dik Şupla birgə keçirilən mətbuat konfransında danışıb.

“Maliyyə çətinliklərimiz var. Bu, Ukrayna üçün həqiqətən asan deyil. Danışıqlar prosesində necə işlədiyimizi görürsünüz. Dondurulmuş aktivlərdən istifadə formatından hamı razı deyil. Bu gün dondurulmuş aktivlər müəyyən dərəcədə bəzi ölkələrin dəstəyinin azalmasını tarazlaşdıra bilər. Bu dəstək olmadan güclü qalmağın mümkünlüyünü görmürəm” – Volodimir Zelenski qeyd edib.

Bununla yanaşı, Volodimir Zelenski Ukrayna və Amerika tərəfləri arasında danışıqların Mayamidə yenilənəcəyini bildirib.

“Mayamidə olmayacağam, orada danışıqlar aparan komandalar olacaq, o cümlədən ruslardan geribildirim alacaq Amerika Birləşmiş Ştatlarından olanlar. Onlar təhlükəsizlik zəmanətləri, iqtisadi bərpa və 20 maddəlik razılaşma da daxil olmaqla bir neçə sənəd haqda danışacaqlar” – Ukrayna Prezidenti bildirib.