Volodimir Zelenski - Maduro kimi ABŞ Kadırovla, bu qatil ilə bağlı da nəsə əməliyyat keçirə bilər, bəlkə Putin bunu görsün və yaxşıca düşünsün
Volodimir Zelenski - Maduro kimi ABŞ Kadırovla, bu qatil ilə bağlı da nəsə əməliyyat keçirə bilər, bəlkə Putin bunu görsün və yaxşıca düşünsün

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Venesuelanın artıq sabiq lideri Nikolas Maduro halında baş verdiyi kimi, Çeçenistanın lideri Ramzan Kadırova qarşı hərbi əməliyyat keçirə biləcəyini bildirib. O, bu haqda jurnalistlərlə söhbətində deyib.

Zelenskinin sözlərinə əsasən, müharibəni bitirmək üçün Rusiya Prezidenti Vladimer Putinə təzyiq göstərmək lazımdır, belə bir hərəkət isə Putini düşündürə bilər.

“Hesab edirəm ki, amerikalılar məhsuldardır. Yaxşı nəticələrimiz var, lakin sona qədər təzyiq yoxdur. Rusiyaya təzyiq göstərməlidirlər. Onların təsir vasitələri var və bunu edə bilərlər. Və həqiqətən istədikləri zaman onları tapa bilərlər. Əsas odur ki, Ukrayna onlar üçün prioritet olsun. Budur Maduro nümunəsi. Onlar əməliyyat keçirdilər. Hamı, bütün dünya nəticəni gördü. Onlar bunu tez etdilər. Qoy Kadırovla, bu qatil ilə bağlı da nəsə əməliyyat keçirsinlər. Bəlkə sonra Putin bunu görsün və yaxşıca düşünsün” – Ukrayna Prezidenti bildirib.